Bir brif, dörd səhifə
Sizin şəxsi sosial media agentiniz.
Brendinizin bütün səhifələrini bir yerdən idarə edin. Brifi yazırsınız — agent hər səhifə üçün mətni və vizualı hazırlayır; oxuyub düzəldirsiniz, post seçdiyiniz vaxtda özü paylaşılır.
- Birbaşa dərc olunur:
- TikTok
Tanış gəlir?
Post yazmaq asandır. Yoran onun ətrafındakı işlərdir.
Sosial medianı tək aparırsınızsa və ya kiçik komandanız varsa, bu həftə yəqin ki, bunlardan ən azı birini yaşamısınız.
- Adətən belə olur
Eyni şeyi beş dəfə yazırsınız
Instagram üçün qısa və heşteqli, LinkedIn üçün ciddi, TikTok üçün tam başqa cür. Vaxt olmayanda isə hər yerə eyni mətni qoyursunuz və özünüz də bilirsiniz ki, alınmadı.
IXSocial-da isəBir dəfə yazın, hər səhifəyə öz mətni çıxsın
Nə demək istədiyinizi iki cümlə ilə yazırsınız. Hər səhifə üçün ayrıca mətn hazırlanır, brendinizin danışıq tərzində. Paylaşmazdan əvvəl lentdə necə görünəcəyinə baxırsınız.
- Adətən belə olur
Mətn hazırdır, şəkil gözləyir
Dizayner başqa işlə məşğuldur, post sabaha qalır, sonra da birisi günə. Yazını bir proqramda qoyursunuz, loqonu o birində, videonu üçüncüsündə kəsirsiniz.
IXSocial-da isəŞəkil də postla birlikdə hazır olur
Şəkli, karuseli və ya videonu elə oradaca düzəldirsiniz, loqonuzla və brendinizin üslubunda. Öz şəkliniz varsa, yükləyin: kəsmək, rəngini düzəltmək, üstünə yazı yazmaq da oradadır.
- Adətən belə olur
«Bu gün nə paylaşaq?»
Hər səhər eyni sual. Novruz yadınıza bayramın səhəri düşür, səhifə isə iki həftədir susur.
IXSocial-da isəBütün ay qabaqcadan görünür
Ay bir təqvimdədir, bayramlar və brendinizin öz günləri artıq orada qeyd olunub. İstəsəniz, həftənin və bayramların postları sizin üçün qabaqcadan hazırlanır. Siz sadəcə oxuyub təsdiqləyirsiniz.
- Adətən belə olur
Təsdiq çatda ilişib qalır
Skrinşotu qrupa atırsınız, cavab səsli mesajla gəlir: «bir az da düzəlt». Üç versiyadan sonra hansının son olduğunu heç kim xatırlamır.
IXSocial-da isəHansı postun harada olduğunu hamı görür
Hər postun öz yeri var: qaralamada, təsdiqdə və ya planlanıb. Admin bir kliklə təsdiqləyir, bəyənməsə nəyi düzəltmək lazım olduğunu yazıb qaytarır. Nəsə dəyişəndə bildiriş gəlir.
- Adətən belə olur
Paylaşmaq üçün işinizi yarımçıq qoyursunuz
Telefonda xatırladıcı səslənir, siz də bir-bir hər tətbiqə girib postu yerləşdirirsiniz. Bir neçə brend varsa, hansı hesabda olduğunuzu da yoxlamalı olursunuz.
IXSocial-da isəPost vaxtı çatanda özü çıxır
Səhifələri bir dəfə qoşursunuz, bütün brendləriniz bir yerdədir. Saatı seçirsiniz və unudursunuz. Nəsə alınmasa, dərhal xəbəriniz olur.
Xüsusiyyətlər
Tətbiqin içində nə var
Mətn və vizual redaktoru, təqvim, təsdiq lövhəsi, komanda idarəetməsi. Neçə brendiniz varsa, hamısı bir hesabda.
Necə işləyir
Birinci postunuza qədər üç addım
Səhifələri bir dəfə qoşursunuz. Ondan sonra hər post elə bu yolla gedir.
- 1
Səhifələri qoşun
Brendin ayarlarından Facebook səhifənizi, Instagram, LinkedIn, TikTok və Threads hesabınızı bağlayın. Hər brend üçün bir dəfə.
- 2
Postu hazırlayın
Brifi yazın, mətnlə vizual hər səhifə üçün ayrıca hazırlansın. Göndərməzdən əvvəl postu səhifənin öz görünüşündə — lentdə və ya storidə — yoxlayın.
- 3
Vaxtını seçin
Saatı təqvimdən seçirsiniz, sonra əlinizi çəkirsiniz. Post vaxtında gedir; alınmasa, bildiriş gəlir və yenidən cəhd edirsiniz.
Qiymətlər
Özünüzə uyğun planı seçin
Hər planda aylıq kredit limiti var: mətn, şəkil və video generasiyası ondan çıxır. Dərc etmək, təqvim və komanda limitsizdir.
İllik ödənişə keçsəniz 2 ay pulsuzdur
Standart
Tək brend, müntəzəm qrafik.
$19/ ay
Aylıq ödəniş, istənilən vaxt dayandırın
200 kredit/ay
- Təxminən 200 post mətni
- və ya 100 şəkil
- və ya 11 video (6 san)
- 1 brendə qədər
- Ən çox seçilən
Plus
Hər gün post, video daxil.
$39/ ay
Aylıq ödəniş, istənilən vaxt dayandırın
450 kredit/ay
- Təxminən 450 post mətni
- və ya 225 şəkil
- və ya 25 video (6 san)
- 2 brendə qədər
Pro
Çox brend, gündəlik video.
$79/ ay
Aylıq ödəniş, istənilən vaxt dayandırın
1000 kredit/ay
- Təxminən 1000 post mətni
- və ya 500 şəkil
- və ya 55 video (6 san)
- 5 brendə qədər
Enterprise
Agentliklər və böyük komandalar: fərdi limitlər və şərtlər.
Fərdi
Həcminizə və komandanıza görə qiymət
Fərdi limitlər
- Kreditlər — sizinlə razılaşdırılır
- Brendlər — sizinlə razılaşdırılır
- İmkanlar — sizinlə razılaşdırılır
Əvvəlcə sınamaq istəyirsiniz?
Pulsuz
Hər yeni hesab bununla başlayır: süni intellekti sınamaq üçün bir dəfəlik 50 kredit, təqvim və paylaşım. 1 brendə qədər. Kart lazım deyil.
Yalnız post yazıb planlaşdırmaq lazımdır?
Əsas · $5/ ay
Təqvim, təsdiq və bütün şəbəkələrdə paylaşım — süni intellektsiz. 1 brendə qədər.
Rəqəmlər Standart model üçündür. Ultra daha güclü modeldir və daha çox kredit tutur; qiymət cədvəli hesabınızın Abunəlik bölməsindədir. İllik plan bir dəfəyə ödənilir, kredit isə hər ay yenilənir.
Qiymətlər ABŞ dollarındadır. Kartla ödəniş manatla, 1 $ = 1,70 ₼ məzənnəsi ilə aparılır.
Növbəti dərc: bu gün, 18:45
Bu həftənin postlarını bu gün planlaşdırın
Qeydiyyat bir neçə dəqiqə çəkir: brendinizi yaradın, səhifələri qoşun. İlk postu elə bu gün göndərə bilərsiniz.
Hesab yaradın