Post təqvimi

Sosial media postlarını bir təqvimdən planlaşdırın

Bütün ayı bir ekranda görün, hansı gün nə paylaşılacağını əvvəldən bilin. Saatı seçin — post Facebook, Instagram, LinkedIn, TikTok və Threads-ə özü paylaşılsın.

Beş şəbəkə, bir yer

Facebook səhifənizi, Instagram, LinkedIn, TikTok və Threads hesablarınızı hər brend üçün bir dəfə qoşun. Bundan sonra bir post hamısına gedə bilər — hər birinə öz mətni ilə.

Plan qurmaq üçün təqvim

Aylıq görünüş bütün planlanmış postları göstərir. Milli bayramlar və brendinizin xüsusi günləri qeyd olunub — sıx həftə sizi qəfil yaxalamır.

Saatı seçin və əlinizi çəkin: post vaxtında gedir. Getməsə, bildiriş səbəbini deyir və yenidən cəhd edirsiniz.

Paylaşmazdan əvvəl təsdiq

Post planlanmazdan əvvəl təsdiqdən keçə bilər: komanda üzvü hazırlayır, admin təsdiqləyir. Buna ehtiyacı olmayan brendlər postları birbaşa növbəyə göndərə bilər.

Tez-tez verilən suallar

Hansı şəbəkələrə paylaşmaq olar?

Facebook səhifələri, Instagram, LinkedIn (şəxsi profil və şirkət səhifəsi), TikTok və Threads.

Post paylaşılmasa nə olur?

Səbəbi ilə bildiriş gəlir, postun içindən yenidən cəhd edirsiniz. Heç nə səssizcə itmir.

Planlaşdırmanın limiti var?

Xeyr. Dərc etmək, təqvim və komanda bütün planlarda limitsizdir; kredit yalnız süni intellekt generasiyasına gedir.

Növbəti dərc: bu gün, 18:45

Bu həftənin postlarını bu gün planlaşdırın

Qeydiyyat bir neçə dəqiqə çəkir: brendinizi yaradın, səhifələri qoşun. İlk postu elə bu gün göndərə bilərsiniz.

Hesab yaradın