Süni intellekt ilə post
Sosial media postlarını süni intellekt ilə yazın
Postun nə haqda olduğunu bir-iki cümlə ilə yazın. IXSocial hər səhifəniz üçün ayrıca mətn yazır və ona uyğun şəkil və ya video hazırlayır — brendinizin dilində və üslubunda.
Bir brif — hər səhifə üçün ayrı mətn
LinkedIn postu ilə Instagram mətni eyni cür oxunmamalıdır. Brifi bir dəfə yazırsınız, mətn hər qoşulmuş səhifə üçün ayrıca hazırlanır — uzunluğu, tonu və heşteqləri paylaşılacağı yerə uyğun olur.
Brendin dili və yazı üslubu onun ayarlarından götürülür, hər dəfə brendinizi yenidən izah etmirsiniz.
Posta uyğun şəkil və video
Şəkli və ya qısa videonu süni intellekt hazırlasın, yaxud öz faylınızı yükləyin. Hər şəbəkənin öz şəkil üslubu ola bilər, görünüşü istiqamətləndirmək üçün nümunə şəkillər əlavə edə bilərsiniz. Karusel və təqdimat tipli slaydlar da var.
Kəsmək, işığını-rəngini tənzimləmək, videonun üstünə yazı yazmaq — hamısı elə postun içində olur, ayrı proqrama keçmirsiniz.
Səhifənin öz görünüşündə yoxlayın
Paylaşmazdan əvvəl postu o səhifədə necə görünəcəksə elə görün: lentdə və ya storidə. Bəyənmədiyinizi dəyişin, sonra təqvimdən saatı seçin.
Tez-tez verilən suallar
Süni intellekt hansı dillərdə yazır?
Azərbaycan, ingilis, rus və türk dillərində. Hər brendin dili onun ayarlarında seçilir və postlar o dildə yazılır.
Süni intellektin yazdığını düzəltmək olar?
Bəli. Mətn də, şəkil də qaralamadır: post planlanmazdan əvvəl istədiyiniz yeri dəyişin. Sizsiz heç nə paylaşılmır.
Neçəyə başa gəlir?
Mətn, şəkil və video generasiyası planınızın aylıq kreditindən çıxır. Hər yeni hesaba sınamaq üçün pulsuz kredit verilir, kart lazım deyil.
Növbəti dərc: bu gün, 18:45
Bu həftənin postlarını bu gün planlaşdırın
Qeydiyyat bir neçə dəqiqə çəkir: brendinizi yaradın, səhifələri qoşun. İlk postu elə bu gün göndərə bilərsiniz.
Hesab yaradın